• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə futbolunda ilk yaşandı

Dünya futbolu

31-01-2023, 23:0

Şənbə günü Türkiyə futbolundan növbəti maraqlı xəbər gəldi. Belə ki, Türkiyə Futbol Federasiyasının (TFF) nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsi (HK) prezident Səbri Çəlik başda olmaqla tam tərkibdə istefa verdi.

Xatırladaq ki, bu, 63 yaşlı Çəlikin HK-da 3-cü dönəmi idi. O, daha öncə 2004-05-ci illərdə, eləcə də 2019-da təxminən 5 ay bu vəzifəni icra etmişdi. Çəliyin 3-cü dönəmi ötən ilin martında başlamışdı. Əslində bu mövsümdən etibarən Türkiyə futbolunda hakimlik baxımından bəzi yeniliklər tətbiq edilmişdi. Məsələn, hakim təyinatları kompüter vasitəsilə həyata keçirilirdi. Amma bu istənilən effekti vermədi. Mövsümün əvvəlindən etibarən klublar yenə hakimlikdən şikayətlənməyə başladılar. Bir müddət öncə hətta Türkiyədə bir ilk yaşandı və iki oyunda hakimlə VAR arasındakı dialoqlar ictimaiyyətə açıqlandı. Yanvarın 9-da “İstanbul BŞ”yə 1:3 hesablı məğlubiyyətdən sonra “Adana Dəmirspor”un qalmaqalçı prezidenti Murat Sancak hakimliyi yıxıb-sürüdü və birmənalı şəkildə Səbri Çəliyin istefasını istədi. Türkiyə mətbuatının yazdığına inansaq, federasiya prezidenti Mehmet Büyükekşi etirazların artdığını görərək Çəlikdən istefa verməyi tələb etdi. Sonuncu da onun tələbini yerinə yetirərək istefa məktubunu federasiyaya təqdim etdi. Göründüyü kimi, HK-da prezident dəyişiklikləri ildırım sürəti ilə yaşanmaqda davam edir. Bu üzdən də qardaş ölkədə hakimlik “bir addım irəli, iki addım geri” prinsipi ilə hərəkət edir. Maraq üçün bildirək ki, bu, son 10 ildə HK-da yaşanan 10-cu prezident istefasıdı! Bu müddətdə 6 fərqli isim – Yusuf Namoğlu (2014, 2016), Kuddusi Müftüoğlu (2015), Səbri Çəlik (2019, 2023), Zəkəriyyə Alp (2019), Sərdar Tatlı (2020) və Fərhat Gündoğdu (2021) bu vəzifəni icra edib.

Dünən isə HK-nın yeni sədrinin adı federasiya tərəfindən rəsmən açıqlandı. Əslində namizədlər elə də çox deyildi. Əvvəlcə Kuddusi Müftüoğlunun adı hallansa da, federasiya ona etibar etmədi. Karyerasını yeni başa vuran Cüneyt Çakırla Fırat Aydınusun adı da ortaya atılmışdı. Bunlardan birini yeni vəzifədə görmək maraqlı olardı. Amma məhz karyeralarını yenicə – ötən yay başa vurmaları onlara mane oldu. Belə ki, TFF-nin qaydalarına görə bir hakim yalnız karyerasını bitirəndən bir il sonra HK- başına keçə bilər. Çox güman, yaxın gələcəkdə bu ikilidən birini mütləq bu vəzifədə görəcəyik. Hələlik isə TFF böyük bir sürprizə yol verərək HK-nın başına qadın gətirməyə qərar verdi! Söhbət Lalə Ortadan gedir. 62 yaşlı Lalə Orta həm Türkiyənin ilk qadın məşqçisi, həm ilk qadın hakimi, həm də ilk qadın FİFA hakimi olub. Karyerası ərzində həvəskar və peşəkar səviyyədə 1500-dən çox oyun idarə edib. Orta Türkiyə çempionatında ilk dəfə 1990-cı il mayın 20-də “Qalatasaray” – “Sarıyer” oyununa yan xətt hakimi qismində təyinat alıb. Baş hakim kimi isə onun elitadakı ilk oyunu 1999-cu il mayın 29-da keçirilən “Sakaryaspor” – “Ankaragücü” qarşılaşması olub. 2000-ci ildə doktoranturanı bitirərək ölkədə ilk qadın futbol həkimi statusunu da qazanıb. Son dönəmlərdə Lalə Orta “Bein Sports”da şərhçi kimi fəaliyyət göstərirdi və sabiq hakimlər – Dəniz Çoban, Bülənt Yıldırımla birlikdə superliqa matçlarının hakimliklə bağlı məqamlarını şərh edirdi. Beləliklə, Türkiyə futbolunda ilk dəfə HK-nı artıq qadın idarə edəcək. Komitənin yeni tərkibi də bəlli olub. Tolga Özkalfa, Ahmet İbanoğlu, Cəmaləddin Əli Kunak, Əli Kızılət, Süleyman Abay, Sadəttin Gülər, Aynur Aysun Akar və Həmzə Mısır bundan sonra HK-da çalışacaq.

Dünən Lalə Orta ilə bağlı diqqətçəkən bir olay yaşandı. Adəti üzrə Türkiyə futbolunda yeni sima peyda olanda futbolsevərlər onun keçmişini, sosial şəbəkələrdəki paylaşımlarını araşdırmağa başlayır. Lalə Orta da istisna təşkil etmədi. “Qalatasaray”lılar onun “Fənərbaxça”lı olduğunu iddia edərək ilk gündən istefasını (!) tələb etdilər. Səbəb isə odu ki, Lalə Orta illər öncə Əli Koçun olduğu bir tədbirdə iştirak edibmiş və bunu sosial şəbəkədə paylaşıbmış. “Fənər”in prezidenti həmin vaxt hələ Okan Universitetində təhsil alırmış. Bir andaca gündəm olan Lalə Orta çarəni “tvitter” səhifəsini bağlamaqda gördü.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-01-2023, 17:0

Türkiyənin Hakimlər Komitəsində növbəti istefa

Dünya futbolu

9-07-2022, 11:0

Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Dünya futbolu

1-09-2022, 22:0

Balotellinin Türkiyə macərası başa çatdı

Dünya futbolu

13-11-2022, 12:0

Halk Türkiyədə oynayacaq?

Dünya futbolu

29-09-2022, 22:0

Altıntop ayrılmaq əvəzinə yeni planlar qurur

Aktual
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Son xəbərlər
  • Bu gün, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Bu gün, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Bu gün, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Bu gün, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Bu gün, 20:33
    MY-də yeni qapıçı
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə