Football-plus.az xəbər verir ki, flaqman artıq indidən oyunçu axtarışlarına başlayıb. "Futbol+" qəzetinin ötən sayında "ağ-qaralar"ın Portuqaliya "Tondela"sında çıxış edən Telmu Arkanju ilə danışıqlar apardığını diqqətinizə çatdırmışdıq. "Ağ-qaralar" görəsən bu transferdə irəliləyiş əldə edib? Ümumiyyətlə, klub kabo verdeli yarımmüdafiəçinin transferi ilə bağlı nə düşünür? Sualımızı "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:
"Ümumiyyətlə, biz bir çox futbolçu ilə maraqlanırıq. Danışıq apardığımız oyunçuların kimliyini açıqlamaq istəmirik. Rəsmi nəsə olsa, ictimaiyyətə geniş açıqlama verəcəyik".
Görəsən, flaqman hansı mövqelərə oyunçu axtarır? Rüstəm bəy məsələyə belə aydınlıq gətirdi:
"Bununla bağlı nəsə deyə bilmərəm. Məşqçilər korpusu hansı mövqeyə futbolçu istəyibsə, İdman Departamenti ilə seleksiya qrupunun məlumatı var".
Qeyd edək ki, Telmu Arkanju bu mövsüm Portuqaliyanın ikinci liqasında çıxış edən "Tondela"nın heyətində 9 oyuna 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
İLKİN SULTANLI


