MY-ni Qleyzerlər ailəsindən almaq istəyir

12.08.2022 23:30 344
Dünya futbolu
Maykl Nayton “Mançester Yunayted”i almaq istəyir.

Böyük britaniyalı biznesmen bu məqsədlə Qleyzerlər ailəsinə təklif irəli sürməyə hazırlaşır. Qeyd edək ki, Nayton 1989-cu ildə belə cəhdə əl atıb. Amma 20 milyon funt sterlinqlik təklifi yetərli olmayıb və klubun idarə heyətində təmsil olunmaq hüququ qazanıb.