Avrokubokların reqlamentində dəyişiklik edilib.
UEFA-nın İcraiyyə Komitəsi bazar ertəsi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası ilə bağlı dəyişiklik edib. Qitə kuboklarının 1/4 finalına vəsiqə qazanan klublar aprelin 1-dək Rusiya və ya Ukrayna liqalarından sıralarına qatdıqları iki oyunçunu sifariş edə bilər.
Xatırladaq ki, daha əvvəl FİFA Ukraynadakı müharibə vəziyyəti ilə əlaqədar əcnəbi futbolçu və məşqçilərə Rusiya və Ukrayna klubları ilə müqavilələri birtərəfli qaydada ləğv etməyə, həmçinin “qeyri-transfer pəncərəsi” dövründə digər ölkələrin klublarına keçməyə icazə vermişdi.