"Qəbələ" və "Neftçi" azarkeşlərinə görə cərimə olundu

14.10.2022 15:27 362
Ölkə futbolu
Bu gün İntizam Komitəsinin iclası keçirilib.

"Footbal-plus.az" xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Misli premyer-liqasının 9-cu turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə olunur;

“Qəbələ” klubunun futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

9-xu turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə olunur;

“Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

9-cu turun “Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur;