FİFA Şri Lanka Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb. Bunun üçün ciddi əsas olub.
Bu sanksiya Asiya ölkəsinin İdman Nazirliyinin yerli futbol federasiyası da daxil olmaqla milli idman təşkilatlarının muxtariyyətini və müstəqilliyinu sual altına alan qərarlarına görə qaçılmaz olub. Bu ay Şri Lanka Futbol Federasiyasında (ŞLFF) seçkilər keçirilib. Lakin ŞLFF bu yöndə FİFA və Asiya Futbol Konfederasiyasının standartlarına cavab verməyib.
FİFA-nın qərarına görə, Şri Lanka yığması və bu ölkənin klubları artıq beynəlxalq yarışlarda iştirak etmək hüququna malik deyil. Maraq üçün qeyd edək ki, Şri Lankanın kişi futbolçulardan ibarət milli komandası FİFA-nın son reytinq cədvəlində 207-ci, qadınlardan ibarət yığması isə 155-cidi.