FIFA-nın növbəti prezindet seçkilərinin vaxtı bəlli oldu

31.03.2022 11:23 425
Dünya futbolu
FIFA-nın növbəti prezident seçkilərinin vaxtı bəlli olub.

Məlumatı ali futbol qurumunun rəsmi saytı yayıb. Seçkilər 2023-cü ildə FIFA-nın 73-cü konqresində baş tutacaq.

Seçki dövrü bu il martın 31-də başlayacaq. FIFA-ya üzv olan milli assosiasiyalar qurumun prezidenti vəzifəsinə öz namizədlərini konqresə dörd ay qalmışadək təklif etməlidi.

Qeyd edək ki, seçki prosesi isə konqresdən bir ay əvvəl start götürəcək.