• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa klubları ruslarla oynamaqdan imtina edir!

İdman / Manşet

28-01-2023, 22:0

Ukraynada baş verən hadisələr üzündən Rusiya futbolu çətin günlər keçirməkdə davam edir.

Football-plus.az xəbər verir ki, məsələ hətta o yerə çatıb ki, hazırlıq dönəmində də Avropanın bir sıra klubları Rusiya təmsilçiləri ilə qarşılaşmaqdan imtina edir!

Bu il hazırlıq dönəmində Rusiya klublarının xarici klublara qarşı keçirməyi planlaşdırdığı oyunların sayı əhəmiyyətli dərəcədə azalıb. Ruslarla oynamağa razılıq verənlərin əksəriyyəti isə Avropadan deyil. İmtina məsələsinin əsası ötən il yığmalar səviyyəsində qoyuldu.

Bilindiyi kimi, noyabrda Rusiya Bosniya və Hersoqovina ilə qarşılaşmalıydı. Amma bosniyalılar ictimai qınağı nəzərə alaraq bu oyundan boyun qaçırdılar. Nəticədə şimal qonşularımız Özbəkistanla oynamalı oldular. Bu məqamı nəzərə alanda Moskva “Dinamo”sunun yanvarın 29-da Bosniya təmsilçisi “Borats”a qarşı keçirməli olduğu hazırlıq matçı sual altındadı. Klub futbolunda isə imtina baxımından ən çox fəallıq göstərən Bolqarıstan təmsilçiləridi. Məsələn, “Levski”nin yanvarın 17-də “Krasnodar”, 22-də “Spartak”, 31-də isə “Ural” ilə oyunu nəzərdə tutulmuşdu. “Krasnodar”la qarşılaşma səssiz-sədasız və səbəbsiz şəkildə oynanılmadı. “Spartak”la matçdan öncə isə çılğın “Levski” fanatları etiraz aksiyası keçirdilər. Rəhbərlik müxtəlif variantlarla vəziyyətdən çıxmağa çalışırdı. Komandanın meydana Ukrayna bayraqları ilə çıxması və oyununun canlı yayınlanmaması variantı təklif olundu. Amma gözüdönmüş fanatları bu da sakitləşdirmədi. Bu üzdən “Levski” rəsmi açıqlama verərək və səbəb kimi “ümumi təzyiqi” göstərərək “Spartak”la “Ural”a qarşı oynamaqdan imtina etdi. “Levski”nin ardından Bolqarıstanın digər təmsilçisi “Beroe” ilə Macarıstan təmsilçisi “Tisakeçke” “Nijni Novqorod”a qarşı oyundan boyun qaçırdı. Çox keçmədən Danimarka təmsilçisi “Vayle”də ÇSKA ilə oyunun baş tutmayacağını açıqladı. Ruslarla oynamaqda bir problem görməyən klublardan biri “Sumqayıt” oldu. Təmsilçimiz yanvarın 17-də “Krılya Sovetov”a minimal hesabla boyun əydi. Rusiyanın digər klublarından fərqli “Spartak” bu məsələni elə-belə qoymayaraq “Levski”dən kompensasiya tələb etmək fikrinə düşdü və qarşı tərəfə rəsmi məktub göndərdi. Yanvarın 22-də “Levski” əvəzinə Özbəkistan təmsilçisi AGMK ilə qarşılaşan moskvalılar istəklərinə çatdılar. Nəticədə “Levski” “Spartak” və “Ural”ın hərəsinə 20 min bolqar levi (təxminən 10,2 min avro) kompensasiya ödəməyə razılıq verdi. Özü də baş məşqçi Stonimir Stoylovla icraçı direktor İvaylo İvkov bu pulu öz cibindən ödəyəcək! Maraqlıdı ki, “Spartak”ın yanvarın 27-də Bolqarıstanın digər klubu “Beroe” ilə oyunu nəzərdə tutulub. Hələ ki bu oyun qüvvədədi.

Yeri gəlmişkən, yanvarın 24-də Rusiya Futbol İttifaqının nümayəndələri UEFA rəsmiləri ilə görüş keçirdilər. Görüşdə Rusiya yığmasının və klublarının beynəlxalq oyunlara buraxılması məsələsi müzakirə olundu. Gözlənildiyi kimi, ciddi bir yenilik olmadı. Rusiya yığmasının və klublarının beynəlxalq oyunlardan qeyri-müəyyən müddətə kənarlaşdırılması ilə bağlı ötən il fevralın 28-də qəbul edilən qərar qüvvədə saxlanıldı. Rusiyanın Ukraynaya hərbi təcavüzünün davam etdiyi müddətdə bu qadağanın ləğv olunmasını gözləmək gülməli olardı. UEFA məsələ ilə bağlı yeni qərar üçün ən azı mövsümün sonuna qədər gözləyəcək. Yeni avrokubok mövsümünün püşkatmasına qədər Rusiya caynaqlarını Ukraynadan çəksə, onda qadağanın götürülməsi ehtimalı var. Amma yığmanın aqibətinin necə olacağı bilinmir. Çünki AÇ-2024-ün seçmə mərhələsi artıq martda start götürəcək.

Bu arada daha bir önəmli qərar odu ki, Kazan böyük ehtimalla Avropa Superkubokuna evsahibliyi etmək hüququndan məhrum olunacaq! Bilindiyi kimi, UEFA hələ 2020-nin martında açıqlamışdı ki, 2023-də ÇL-in və AL-in qaliblərinin üz-üzə gəldiyi Superkubok qarşılaşması Kazanda keçiriləcək. İtaliya mətbuatının iddiasına görə, UEFA artıq bu matçın keçirilməsi üçün yeni məkanın axtarışlarına start verib! Rəsmi açıqlamanın ən qısa müddətdə veriləcəyi gözlənilir.

Paylaş:
Digər xəbərlər

Aktual

26-01-2023, 15:0

"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi

Dünya futbolu

13-03-2022, 15:0

“La Liga Sports TV” Rusiya çempionatından imtina etdi

Aktual
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
Son xəbərlər
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 215
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 119
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə