“Qarabağ”dan yeni transfer

26.01.2023 22:44 284
Premyer-liqa / Manşet
"Qarabağ" heyətini yeni oyunçu ilə gücləndirib.

Klub Yassin Benzianın müqavilə ilə məxsus olduğu Fransanın "Dijon" klubu ilə transfer danışıqlarını uğurla tamamlayıb. Fransalı hücumameyilli yarımmüdafiəçi ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Yassin Benzia “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.