"Qarabağ"dan ilk rəsmi transfer

13.01.2023 16:44 297
Premyer-liqa
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, Ağdam klubu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının formasını geyinib.