Braziliyalı futbolçu "Neftçi"də

26.01.2023 16:45 243
Premyer-liqa
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Football-plus.az"a verilən məlumata görə, "ağ-qaralar" braziliyalı hücumçu Mateus Saldanyanın keçidini həll edib. O, "1" illik icarəyə götürülüb.

Qeyd edək ki, forvard son olaraq Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubunun formasını geyinib.