Onların sıradan çıxması Ağdam təmsilçisi üçün böyük itkidi. Görəsən, bu futbolçuların durumu necədi? Konkret nə vaxt komandanın sıralarına qoşulacaqlar? Suallarımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə ünvanladıq:
“Şahruddinin məşqdə qolu sınıb. Maksimum iki ay yaşıl meydandan kənarda qalacaq. Qapıçımız əməliyyat olunacaq. Bunun harda və nə vaxt baş tutacağı yaxın günlərdə dəqiqləşəcək. İki varintımız var: ya Türkiyə, ya da Almaniya. Bundan sonra onun sağalma müddəti dəqiq bilinəcək. Belə görünür ki, maksimum 2 ay sıralarımızda olmayacaq. Abbasla bağlı da eyni vəziyyətdi. Yenidən müayinədən keçəndən sonra qərar veriləcək. Həkimlər cərrahi müdaxiləyə ehtiyacın olub-olmadığını müəyyənləşdirməyə çalışacaq. Əməliyyata ehtiyac duyulsa, 6 və ya 8 ay yaşıl meydanlardan uzaq qalacaq. Duyulmasa, sıralarımıza daha tez dönə bilər”.
İLKİN SULTANLI


