Portuqaliyalı futbolçu Riad Rəfiyevə təşəkkür etdi

26.01.2023 10:19 223
Premyer-liqa
Qış fasiləsində "Sumqayıt"dan ayrılan Filipe Çabi "instaqram" hesabında paylaşım edib.

Football-plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "kimyaçılar"la vidalaşıb:

“İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim. Yaxşı təcrübə oldu. Azərbaycan təklif edə biləcəyim, çox şeyə sahib fantastik ölkədi. Həmçinin, əla şəraitə malik klubla və özümü rahat hiss etməyim üçün hər şeyi edən inanılmaz insanlarla tanış oldum. Mənə komandanın bir parçası olmaq, Portuqaliyadan kənarda ilk təcrübəmi yaşamaq imkanı verdiyi üçün “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə təşəkkür edirəm. Orda xoşbəxt olmağım üçün hər cür şərait yaratdılar. Ancaq indi vidalaşmaq və başqa macəraya başlamaq vaxtıdı. Təşəkkürlər, “Sumqayıt”.


Qeyd eeək ki, 29 yaşlı futbolçu Portuqaliyanın "Belenenşeş" klubu ilə müqavilə imzalayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul