"Sumqayıt" yay hazırlıqlarını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" daha bir futbolçu ilə yollarını ayırıb. Söhbət Dmitro Nağıyevdən gedir. Sağ cinah müdafiəçisi karyerasını Ukraynada davam etdirəcək. O, premyer-liqada çıxış edən "İnqulets"lə müqavilə imzalayıb.
Aleksey Baqa isə onun boşluğunu doldurmaq niyyətindədi. "Kimyaçılar" həmin mövqeyə legioner transfer etmək istəyir. Redaksiyamıza bununla bağlı yeni məlumat daxil olub. Portuqaliyalı müdafiəçi ilə ilkin razılıq əldə olunub. O, ölkəmizə birbaşa müqavilə imzalamaq üçün gələcək.
RƏŞAD