Azərbaycan Basketbol Liqasında 14-cü turun daha bir oyunu keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Astara Olimpiya İdman Kompleksində yerli "Zirvə" və "AAAF Xırdalan" üz-üzə gəlib. Görüş qonaqların 100:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura bu gün yekun vurulacaq: "Sərhədçi" - "Gəncə", NTD - "Neftçi" İK.