14 yanvar tarixində "Sərhədçi" İdman Mərkəzində, "Neftçi İK" və "Zirvə Astara BK" komandaları üz-üzə gəldilər.
Oyunun 1-ci dövrəsində hesabda geri düşməsinə baxmayaraq, sonradan geri dönüş edən paytaxt klubu oyundan 102-82 hesablı qələbə ilə ayrıldı. Ən məhsuldar basketbolçular: "Neftçi İK" (Davit Lomidze - 26 xal, 8 asist), "Zirvə Astara BK" (Cerret Henderson - 33 xal, 10 ribaund)
Qeyd edək ki, 15 yanvar saat 15:00 tarixində turun bağlanış oyunu ("Olimpik Şəki BK" - "AAAF Xırdalan BK") keçiriləcəkdi.