İki mərhələ arasında 28 gün fasilə

19.01.2023 17:19 217
İdman
"Formula-1" üzrə dünya çempionatının yeni mövsümündə Avstraliya və Azərbaycan mərhələləri arasında 28 günlük fasilə olacaq.

Football-plus.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ləğv edilən Çin “Qran-pri”sinin əvəzinə təqvimə başqa yarış salınmayıb. Yeni mövsümə martın 5-də Bəhreyn mərhələsi ilə start veriləcək.

Qeyd edək ki, bu mövsüm 23 yarış planlaşdırılıb. Avstraliya mərhələsi martın 31-i – aprelin 2-si aralığında, Azərbaycan mərhələsi isə aprelin 28-30-da keçiriləcək.