“Formula-1”in icraçı direktoru Stefano Domenikali dünya çempionatının rəhbərliyinin mərhələ sayını artırmağa və 24 “Qran-pri” həddini aşmağa hazırlaşmadığını təsdiqləyib:
“Son hədd yoxdu. Təbii ki, bu bir zarafatdı. Son hədd, çox güman, elə 24 “Qran-pri”di ki, növbəti mövsümdə məhz bu qədər yarış keçirəcəyik. Mənə elə gəlir ki, “Formula-1”in bütün dünyada artan populyarlığını nəzərə alsaq, 24 optimal yarış sayıdı. Bundan artıq lazım deyil”.
Xatırladaq ki, “Formula-1” üzrə dünya çempionatının 2023 mövsümündə tarixdə ilk dəfə 24 yarış keçirilməlidi. Ancaq indiki məqamda Çin “Qran-pri”sinin keçirilib-keçirilməyəcəyi hələ də sual altındadı.