"Neftçi" Antalyada son məşqinə çıxdı

19.01.2023 10:43 248
Premyer-liqa
“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Football-plus.az xəbər verir ki, Belek bölgəsindəki “Qloria Verde Resort” oteldə məskunlaşan “ağ-qaralar” dünən son məşqə çıxıb.

Əsasən toplu və taktiki çalışmalara üstünlük verilən məşqlə həm də sabah keçiriləcək “Srvena Zvezda” ilə yoxlama oyununa hazırlıq başa çatıb.

Bakı vaxtı ilə saat 18.00-da “Calista Sport Center”də baş tutacaq görüş “Neftçi TV” vasitəsilə canlı yayınlanacaq. Oyunun ertəsi günü – yanvarın 20-də isə komanda Bakıya qayıdacaq.

Xatırladaq ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul