Murad Musayev: "Güclü komandaya qarşı oynadıq"

19.01.2023 10:00 276
Premyer-liqa
"Sabah"ın baş məşqçisi Murad Musayev Serbiyanın "Voyvodina" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Football-plus.az xəbər verir ki, rusiyalı mütəxəssis 4:2 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

"Bu gün fiziki cəhətdən güclü komandaya qarşı oynadıq. Komandamın sərgilədiyi futboldan razı qaldım. Şadam ki, qələbə qazandıq. Lakin bundan da mühüm olan odur ki, bu gün meydanda məzmunlu, yaxşı futbol sərgilədik".