"Qol vurmaqda problemlərimiz var" - Murad Musayev

19.03.2022 19:32 938
Premyer-liqa
Premyer-liqada 20-ci turun oyunları keçirilir.

"Sabah" doğma meydanda "Səbail"i qəbul edib - 1:0. Ev sahibi komandasının baş məşqçisi Murad Musayev oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı görüş haqda bunları deyib:

"Çətin oyun oldu. Nəzarət bizdə idi. İkinci hissədən razı qaldım. Qol vurmaqda problemlərimiz var. Buna baxmayaraq, qələbə qazana bildik".


- Rəqibə qarşı sanki qeyri-ciddi yanaşma var idi. Qol imkanları boşa verilirdi...
- Rəqibə qarşı ciddi yanaşmışdıq. Dediyinizlə razılaşmıram.

- Yusif İmanovun debütü nəylə bağlıdır, onunla bağlı planlarınız var?
- Məşqçilər korpusu ilə belə qərara gəldik ki, ona şans verək. O, bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun seyvi idi. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm.