Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 123 ünvanında yerləşən, Gənclər və İdman Nazirliyinin (AGİN) tabelyində olan Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzi (köhnə Neftçibaza) ötən ilin əvvəlində Azərbaycan Cüdo Federasiyasının (ACF) sərəncamına keçib.
AGİN və ACF arasında bununla bağlı razılıq əldə olunub. Sözügedən məkan uzunmüddətli icarə əsasında federasiyanın ixtiyarına verilib. Bazanı icarəyə götürən ACF idman qurğusunu daha müasir formaya salmaq üçün bir neçə müddətdi ki, söküntü işlərinə başlayıb. Söküntü işlərini yekunlaşdıran şirkət tikinti işlərinə başlamaq istəsə də, problemlə üzləşib. Belə ki, Fövqaladə Hallar Nazirliyi (FHN) tikinti işlərinin aparılmasına icazə vermir.
Etibarlı mənbədən “Football-plus.az” saytına daxil olan məlumata görə, FHN bu məsələdə tam haqlıdı. Ərazini lentə alan qurum tikinti şirkətinin layihə sənədlərinin düz olmaması səbəbindən bu addımı atıb. Mənbəmiz onu da bildirdi ki, artıq neçə müddətdi ki, bazada işlər yarımçıq qalıb. ACF isə hələ ki yaşananlara müdaxilə etmir.
Qeyd edək ki, ACF-nin prezidenti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdi. O, 2021-ci ilin noyabrında bu postda Rövnəq Abdullayevi əvəzləyib.
RƏŞAD