• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sənan Abdullayev: “Nə qədər çalışsaq da, kameraları yağışdan qorumaq olmur”

Premyer-liqa / Manşet

17-01-2023, 10:0

Premyer-liqa təmsilçilərinin hamısının Antalyaya “köç etməsi” PFL-in əməkdaşlarının da qardaş ölkəyə yollanmasını şərtləndirib.

Lakin son günlər orda vəziyyət heç də ürəkaçan deyil. Söhbət, təbii ki, hava şəraitindən gedir. PFL bir neçə yoxlama oyununu “yutub” səhifəsi vasitəsilə canlı yayınlasa da, çətiniklə üzləşir. Hətta “Şamaxı”nın ikinci matçı güclü leysana görə yarımçıq dayandırıldı. Srağagün isə ARB24-ün “Oyundankənar” verilişinə canlı bağlanan PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev bildirdi ki, hava şəraiti ilə əlaqədar kameralardan biri sıradan çıxıb.

Bütün bunları nəzərə alıb, dünən Sənan bəylə əlaqə saxladıq:

“Bacardığımız qədər klublarımızın yoxlama oyunlarını canlı yayınlamağa çalışırıq. Yayınladığımız ilk görüş - “Turan Tovuz” – “Petrolul” qarşılaşması zamanı hava soyuq olsa da, günəş çıxmışdı, futbol üçün əla imkan var idi. Kiçik imkanlarla televiziya tərzində bəzi işlər gördük. Oyundan öncə “Turan Tovuz”un yeni transferi Denis Marandiçin meneceri Erkin İbrahimovdan müsahibə götürdük. Şərhə klubun icraçı direktoru Nadir Nəbiyevi dəvət etdik. Oyun bitən kimi isə baş məşqçi Ayxan Abbasovun fikirlərini tamaşaçılara çatdırdıq. Yanvarın 10-dan hava tam dəyişdi. Yağış, külək ara vermədi. Bu səbəbdən “Zirə” – “Kindia” oyununun ikinci hissəsində yayını dayandırmalı olduq. Bir gün sonra isə “Şamaxı”nın həm “Kaysar”, həm də “Botoşani” ilə görüşünü yayınladıq. İkinci matçdan öncə klubun İdarə Heyətinin sədri Elçin Usubla müsahibə təqdim etdik. Fasilədə oyunu izləməyə gələn millimizin baş məşqçisi Canni de Byazidən açıqlamalar aldıq. Şərhdə isə kapitan Elvin Məmmədov yardımçı oldu. Amma bu qarşılaşmanı da, məlum olduğu kimi, sona çatdırmaq mümkün olmadı. Səhv etmirəmsə, 67-ci dəqiqədə baş hakim çarəsiz qalıb matçı saxladı. Dünən “Sabah”ın oyununda yağış sürətini azaltsa da, dayanmadı. Bu matçda isə klubun mətbuat katibi Elnur Həmidov kömək etdi. Oyundan sonra baş məşqçi Murad Musayevin fikirlərini izləyicilərə təqdim etdik”.


Maraqlıdı, PFL-in Antalyada olan 8 nəfərlik heyətində kimlər yer alıb? Abdullayevi dinləyək:

“Bura 3 operator, 1 canlı yayın mütəxəssisi, baş rejissor, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və mən gəlmişik. Komanda şəklində çalışırıq və hər kəsin öz funksiyasına uyğun zəncirvari işi var. Təəssüf ki, nə qədər çalışsaq da, kameraları yağışdan qorumaq olmur. “Şamaxı”nın oyunundan sonra “Botoşani”nin heyəti də komandamızın əzmkarlığına biganə qala bilmədi. Çünki onların çəkiliş qrupu özləri islandıqlarına görə xeyli əvvəldən işi dayandırmışdı. “Sabah” – “Varta” oyununda da yağış dayanmadı. Qarşılaşmanın sonlarına yaxın kameralarımızdan birinin monitoru sıradan çıxdı. Amma texniki heyətimizin peşəkarlığı sayəsində matçı sonadək 3 kamera ilə yayınladıq. Oyunsonrası açıqlamadan sonra isə həmin kamera, ümumiyyətlə, sıradan çıxdı. Xoşbəxtlikdən artıq bərpa edə bilmişik və “Qarabağ”ın oyununda ondan da istifadə edə biləcəyik”.


Vaxtilə “Xəzər TV”də çalışan Sənan bəy bu dəfə PFL-in nümayəndəsi kimi yoldaşlıq oyunlarında şərhçilik edir. Görəsən, uzun fasilədən sonra yenidən canlı efirdə çıxış etmək hansı hissləri yaratdı? Abdullayev sualımıza belə cavab verdi:

“Səhv etmirəmsə, sonuncu dəfə 2010-cu ildə “Xəzər TV”də canlı oyun şərh etmişdim. Uzun fasilədən sonra, “yutub” yayını olsa belə, həyəcanlanmadığımı desəm, yalan danışmış olaram. İdeal şərh etməyim dəqiq olmasa da, əlimdən gələni etdiyim dəqiqdi. Yanvarın 19-dək burdayıq. Çalışacağıq ki, komandaların heç olmasa, bir oyununu canlı yayınlayaq”.


ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-01-2023, 15:0

Yoxlama oyunları qurumun rəsmi “yutub” səhifəsi vasitəsilə göstəriləcək

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 19:53
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 205
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 194
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə