Sisse debütündən məmnundu

16.01.2023 16:55 255
Premyer-liqa / Manşet
Antalyada Rumıniya "Kindia"sı ilə qarşılaşan "Zirə"nin heyətində İssa Cibriel də meydana çıxdı.

Daha dəqiq desək, komandanın baş məşqçisi Rəşad Sadıqov ona ikinci 45 dəqiqədə şans verdi.

Football-plus.az xəbər verir ki, uzun müddətdi qəsəbə təmsilçisinin düşərgəsində olan, amma sənəd probleminə görə premyer-liqada debüt edə bilməyən nigerli vingerlə əlaqə saxlayıb, debütünü dəyərləndirməsini istədik. Cibriel məmnunluğunu bu sözlərlə ifadə etdi:

"Yoxlama görüşü olsa da, debüt oyunumdan qələbə ilə ayrıldığımıza görə şadam. Ümid edirəm ki, bunu premyer-liqada da davam etdirəcəyik. Uzun müddətdi meydana çıxmasam da, daim kollektivlə məşqlərdə iştirak edirdim. Yəni formamdan uzaq düşməmişəm".


ABDULLA İSMAYILOĞLU