“Sumqayıt”ın ən gənc üzvü debütündən danışdı

21.12.2022 16:11 583
Premyer-liqa / Manşet
Premyer-liqanın 17-ci turunun "Sumqayıt" - "Səbail" oyununda meydan sahiblərinin heyətində əvəzetmədən matça qoşulan Nihad Əhmədzadə debüt etdi.

Football-plus.az xəbər verir ki, "21 nömrə" meydana çıxanda 16 yaş 144 günündə idi. Bu münasibətlə gənc futbolçunun təəssüratını öyrəndik:

"Çox xöşbəxtəm ki, “Sumqayıt”ın heyətində debüt etdim. İlk növbədə baş məşqçim Samir Abasova minnətdaram ki, mənə inandı və oyuna buraxdı. Bundan sonra klubum üçün əlimdən gələn hər şeyi edəcəm".


ABDULLA İSMAYILOĞLU