• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Təbriz Həsənov Prezidentin bağışladığı mənzilə hələ baş çəkməyib

Ölkə futbolu / Manşet

15-01-2023, 10:0

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan tədbir keçirilib.

Ölkə başçısı, MOK-un prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə bir qrup idmançıya və mütəxəssisə yeni mənzillərin orderləri təqdim olunub ki, onlardan biri də Təbriz Həsənovdu. Təbriz bəylə söhbətə də elə bu xoş hadisədən başladıq.

"Açığı, ölkə başçısı tərəfindən mənzil verilməsi mənim üçün xoş sürpriz oldu. Bir gün əvvəl tədbirə dəvət olundum. Çox sevindik. Ölkə başçısından belə mükafat almaq hər bir Azərbaycan vətəndaşı və idmançı üçün fəxrdi, qürurvercidi. Başqa nə deyim? Məni mükafatlandırdığına görə bir daha təşəkkür edirəm".

- Yeni mənzilinə baş çəkmisiz?
- Hələ ki yox (gülür). Havalar soyuq keçdiyinə, başım işə qarışdığına görə hələ getməmişəm. Yəqin ki, gələn həftə baş çəkəcəm.

- Bəlkə bir az da futboldan danışaq?
- Bunsuz olmaz ki…

- Hazırda “Sabah”ın futbol akademiyasının əlaqələndiricisi postunu tutursuz. Uzun illər müxtəlif yaş qrupları üzrə yığmaların baş məşqçisi olmusuz. Gənclərlə işləmək üzrə böyük təcrübəyə malik olduğunuzdan bu sualı sizə vermək istəyirəm. Bu gün hansı baş məşqçi ilə danışırsan, gənc nəslin bərbad durumundan şikayətlənir, yerli futbolçu tapa bilmədiyini söyləyir. Yəni vəziyyət, doğrudan da, acınacaqlıdı?
- Elita klublarında çalışan məşqçilərə hazır futbolçu lazımdı. Kim deyir ki, yeni gələn futbolçu nəsil bərbad vəziyyətdədi? Hər səviyyədə oyunçu var. “Barselona”, Real” səviyyəsində olmasa da, U-19, U-21 yığmasında oynaya biləcək futbolçular var. Aralarında premyer-liqa klublarında çıxış edənləri də görmək olar. Gənclərə şans vermək lazımdı. Məşqçilər həmin gənclərin potensialını açmaq üçün oynatmalı, meydana buraxmalıdı. Yaşlı, hazır futbolçu ilə işləmək asandı. Gənclərlə çalışmaq lazımdı. İlk addımı atanlara dəstək vermək lazımdı. Ola bilsin, xarakerlərində problem olsun, psixoloji cəhətdən hazır olmasınlar. Bu səbəbdən məşqçilər gənclərə xüsusi yanaşmalıdılar. Mən belə düşünürəm. Bəlkə də elita komandasının “sükanı arxasında” olan mütəxəssis fərqli fikirləşir. Fikrimcə, potensiallı, gələcək vəd edən gənclərimiz var və onların xidmətindən yararlanmalıyıq.

- Bir neçə il əvvəl futbol akademiyası dedikdə “Qəbələ”, artıq tarixin yaddaşına köçən “Bakı” yada düşürdü. Bu gün isə ölkədə “Sabah”ın akademiyası üzdədi. Əlaqələndiricisi olduğunuz akademiya ölkə üzrə istedadlı uşaqların hamısını “rənglərinə bağlayır”. Sizcə, belə birtərəfli qütbləşmə ölkə futboluna nə verəcək?

- Bəli, müəyyən vaxtlada “Qəbələ”nin, təəssüf hissi ilə adını çəkdiyimiz “Bakı”nın akademiyaları ilk sıralarda idi. “Bakı” ilə müqayisədə yaxşı ki, əvvəlki sürəti ilə olmasa da, “Qəbələ”nin futbol akademiyası fəaliyyətini davam etdirir. Vaxtilə adını çəkdiklərimiz də ölkənin dördbir yanından uşaqları dəvət edirdi. Bunu normal qarşılamaq lazımdı. Bu gün “Sabah”ın akademiyasında bölgələrdən gələn uşaq üçün qalmağa yer ayrılır, təhsilinə diqqət yetirilir. Bu da dünyanın hər yerində var. Bölgələrdə seçimlər keçiririk, ən yaxşıları akademiyamıza cəlb edirik. Təbii ki, onların heç də hamısı böyük klublarda oynamayacaq. Amma bu akademiyaların sayı nə qədər çox olsa, rəqabət artacaq, məşqlərin keyfiyyəti yüksələcək. Bundan qazanan isə ilk növbədə ölkə futbolu olacaq. Fikrimcə, bir akademiya ilə işlər yekunlaşmamalıdı. Səhv etmirəmsə, bu gün Azərbaycanda bölgələrdən gələn uşaqlar üçün istənilən şəraiti yaradan yalnız “Sabah”ın akademiyasıdı. Bir də müəyyən qədər “Qəbələ” bunu edir. Başqa klublarda isə qeyd etdiyim problem həll olunmayıb. Yenə o fikrə qayıdıram ki, bizdə istedadlar var. Sadəcə, kənd-kənd, rayon-rayon, şəhər-şəhər gəzib onları üzə çıxarmaq və şans yaratmaq lazımdı. Bir akademiyada yüzlərlə uşaq futbolun sirlərini öyrənir. Bununla yanaşı, təhsillərinə, sağlamlığına, qidalanmasına diqqət ayırmaq vacibdi. Onların hamısı futbolçu olmasa da, gələcəkdə sağlam, cəmiyyətə fayda verəcək insan kimi formalaşacaqlar. Akademiyamızın əsas məqsədi ilk növbədə “Sabah” üçün futbolçu yetişdirməkdi. Onlar əsas komanda ilə yanaşı, müxtəlif yaş qrupu üzrə millilərə də dəvət alsalar, bu artıq uğur kimi dəyərləndirilməlidi. Avropa klublarından təklif alsalar, çox sevinərik, lazımi dəstəyi verərik. Bütün klublar akademiyalarını qurmalıdı.

- Bölgələrdə seçimlər apardığınızı, bəyəndiklərinizi akademiyaya dəvət etdiyinizi söylədiz. Ən çox hansı bölgədə futbola maraq çoxdu, istedadlı uşaqları üzə çıxarmaq rahatdı?
- Hər bölgədə istedad var. Cənubda, Qərbdə, Şimalda, bir sözlə, hər yerdə futbol oynamaq istəyən potensiallı uşaqlar olur. Bu gün Tovuzda akademiya olduğundan Qazaxın, Şəmkirin uşaqları ora üz tutur. Qəbələnin ətrafında olan rayonların uşaqları ora yollanır. Bu gün bizim akademiyada Şimal, Cənub və Qərb zonasından uşaqlar çoxluq təşkil edir. Bəzən olur ki, valideyn özü akademiyaya müraciət edir ki, uşağı bizdə olsun.

- Uzun müddət “Qəbələ” akademiyasının əlaqələndiricisi olan Halim Fıçıcının bugünlərdə sosial şəbəkədə bir paylaşımını oxudum. Onun fikirləri təxminən belə idi ki, müxtəlif yaş qrupları üzrə yığmaların məşqçiləri akademiyalarda çalışan mütəxəssislərlə əlaqəli şəkildə işləmirlər. Halim bəyin fikirləri ilə razısız?
- Halim bəylə həmişə münasibətim yaxşı olub. Onun fikirlərinə gəlincə, özüm müxtəlif yaş qrupları üzrə yığmalarda çalışanda bütün əlaqələndiricilər, müvafiq yaş qruplarının məşqçiləri ilə əlaqə saxlayırdım. Çox vaxt məşqləri, oyunları izləyirdim. Məşçqçilər də bunu təsdiq edə bilər. Təbii ki, belə də olmalıdı. Yığma məşqçiləri akademiyalar, klubların məşqçiləri ilə əlaqəli işləməlidi. İşləmirlərsə, mən də buna təəssüflənirəm. Yığma məşqçisi klub məşqçisiylə ünsiyyətdə olmalıdı ki, dəvət etdiyi futbolçu barədə hərtərəfli məlumat əldə edə bilsin. Uşaq var ki, meydanda ən yaxşıdı, ancaq tərbiyəsi yerində deyil. Xasiyyəti, xarakteri ürəkaçan olmur. Millinin baş məşqçisi yığma üzvü barədə ən kiçik məlumatı belə gözdən qaçırmamalıdı. Çünki yığma ölkəni beynəlxalq aləmdə təmsil edir, tez-tez başqa ölkələrə yollanır. Hansısa futbolçunun ilk baxışdan xırda görünən, ancaq xoşagəlməz hərəkəti bir xalq barədə həmin əcnəbidə fikir formalaşdırır.

- Sonda böyük futboldan, daha doğrusu, premyer-liqadan danışaq. Mövsümün ikinci yarısından gözləntinizi bilmək istərdik.
- Elta təmsilçilərinin hamısının təlim-məşq toplanışı üçün Antalyaya yollandığını nəzərə alsaq, bizi qarşıda gərgin, bir-birindən maraqlı iki dövrə gözləyir. Düzdü, son günlər Antalyadakı hava şəraiti komandalara problem yaradır. Ancaq bu bir-iki gün çəkdiyindən onların hazırlıq planına o qədər də təsir göstərməyəcək. Mən də oranın yağışını, tufanını görmüşəm (gülür). Əcnəbi komandalarla yoxlama görüşləri, yeni transferlər təmsilçilərimizin işinə yarayacaq. İlk pillədə qərarlaşan, autsayderlər arasında olanlar da heyəti güclənimək üçün qollarını çırmalayıb. Bir sözlə, fasilədən sonra daha dinamik çempionat izləyəcəyik. Maraqlı oyunların sayı çox olduqca, azarkeşlər də stadionlara gələcək. Bütün komandalar uğurlar arzulayıram. “Qarabağ”ı isə fevralda Konfrans Liqasında daha iki oyun gözləyir. Ümid edirəm ki, Ağdam təmsilçisi mərhələni adlayıb bizi sevindirəcək.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

İdman

9-01-2023, 16:0

Azərbaycan prezidenti bu idmançılara mənzil hədiyyə etdi

İdman

9-01-2023, 13:0

Prezident 2022-ci ilin yekunlarına həsr olunan tədbirdə iştirak edib

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 409
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 259
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 250
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 233
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 174
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə