"Meydanda vuruşaraq xalımızı qazandıq" - Azər Bağırov

10.10.2026 20:30 90
Ölkə futbolu / Manşet
Şamaxı" Misli premyer-liqasının 7-ci turunda səfərdə "Zirə" ilə heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Milli fasilədən sonra nə qədər çətin oyun olacağını bilirdik. Bəzi futbolçularımız U-21 yığmasında yaxşı oyun keçirdi. Oruc Məmmədov əsas millidə oynadı. Bəzi futbolçularda yüklənmələr var idi. Şükürlər olsun ki, bu gün meydanda vuruşaraq xalımızı qazandıq. "Zirə"yə uğurlar arzulayıram.

- Edqar Adilxanov "Genk"dən təklif alıb? Onunla danışmısınız?
- Əsassıız xəbərdi. Belə bir şey yoxdu. Olsa da, klub tərəfindən bizə xəbər verilər. Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil, futbolçuda narahatlıq yaradır.