34 yaşında karyerasını başa vurdu

10.10.2026 22:45 45
Dünya futbolu
Fabio Borini futbolçu karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı italiyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, bundan sonra qarşısına çıxacaq yeni imkanları dəyələndirəcəyini bildirib.

Borini karyerası ərzində “Milan”, “Çelsi”, “Liverpul”, “Roma”, “Sanderlend” və digər klubların formasını geyib. “Çelsi” ilə İngiltərə premyer-liqasının və İngiltərə kubokunun qalibi olub.

Fabionun İtaliya yığması ilə 2012-ci ildə Avropa çempionatında gümüş medal qazandığını da bildirək.