Ferlan Mendinin yaşıl meydana uzun müddət çəkən həsrəti sona çatıb.
"Football-plus.az" xəbər verir ki, “Real”ın müdafiəçisi 5 aydan sonra məşqə başlayıb. Ferlan La Liqanın mayın 3-də keçirilən “Espanyol” ilə matçında sağ budundan zədə almışdı.
O vaxtdan futbolsuz qalan 31 yaşlı futbolçunun hələ rəsmi oyunlarda iştiraka hazır olmadığı bildirilib. Mendinin fiziki formasını tamamilə bərpa etməsi və klubun həkimlərindən yekun tibbi icazə alması tələb olunur.
5 aylıq həsrəti sona çatdı, amma…
Dünya futbolu





