Ötən il “CBC Sport”un efirində maraqlı idman yarışlarının şahidi olduq.
Görəsən, adı çəkilən telekanal 2023-də hansı yeniliklərlə tamaşaçıları sevindirəcək? Klublarımızın Antalya toplanışı çərçivəsində keçirəcəyi yoxlama matçları yayınlanacaq? Bu suallara aydınlıq gətirmək üçün “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq:
"Fəaliyyətimiz 2022-ci ildə necə idisə, elə də qalır. Yəni əvvəlki verlişlərin hər birinin yayını davam edəcək. Əlavə olaraq tennis, atletika və cüdo yarışlarını yayınlayacağıq. Bir çox idman qurumlarıyla danışıqlar aparırıq. Yeniyetmə və gənclər arasında keçirilən yarışları da tamaşaçılara təqdim etməkdə maraqlıyıq. Danışıqlar uğurla başa çatsa, müqavilələr bağlasaq, istəyimiz baş tutacaq. Klublarımızın Türkiyədə keçirəcəyi yoxlama görüşləri isə yayınlanmayacaq. Amma oyunları izləmək, reportaj, müsahibələr təqdim etmək üçün telekanalımızın geniş heyəti qardaş ölkəyə ezam olunacaq".
ABDULLA İSMAYILOĞLU