Lloris karyerasını bitirdi

9.01.2023 23:36 453
Dünya futbolu
Uqo Lloris önəmli qərarını açıqlayıb.

Football-plus.az xəbər verir ki, o, Fransa millisindəki çıxışını başa vurduğunu bildirib. 36 yaşlı qapıçı karyerasını ən yaxşı formasında bitirmək istədiyini söyləyib. Lloris 2008-ci ildən milli komandada çıxış edir. O, 145 oyuna çıxıb ki, bunlardan 121-də kapitan olub.