Antalyada təlim-məşq toplanışında olan "Şamaxı" ikinci yoxlama matçına çıxıb.
Football-plus.az xəbər verir ki, təmsilçimiz Rumıniya "Botaşani"si üz-üzə gəlib. Lakin matç sona kimi oynanılmayıb. 18.30-da başlayan oyun 2-ci hissədə yarımçıq dayandırılıb. Buna güclü yağış yağması səbəb olub. 68-ci dəqiqədə dayandırılan qarşılaşmada komandamız 0:1 hesabı ilə geridəydi.