"Şamaxı" oyunu yarımçıq tərk etdiyi üçün AFFA tərəfindən cəzalandı

6.05.2022 14:07 472
Ölkə futbolu
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, toplantıdan Yüksək Qızlar Liqasının son turu ilə bağlı aşağıdakı qərarları qəbul edib.

30.04.2022-ci il tarixində Yüksək Qızlar Liqasının 8№-li RİOEUGİM – “Şamaxı” FK oyununda matçın 25-ci dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün hesab olduğu kimi saxlanılmaqla “Şamaxı” FK komandasına texniki məğlubiyyət verilir.

01.05.2022-ci il tarixində U-17 Qızlar Liqasının “Mingəçevir” – “Dinamo” (Balakən) oyununda matçın 6-cı dəqiqəsində “Mingəçevir” komandasının 14 nömrəli futbolçusu Aytən Məmmədova kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).