"Neftçi" heç-heçə ilə başladı

10.01.2023 20:04 281
Premyer-liqa / Manşet
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama matçını keçirib.

Football-plus.az xəbər verir ki, təmsilçimiz Macarıstanın "Vaşaş" klubu ilə qarşılaşıb. İlk hissə "ağ-qaralar"ın üstünlüyü ilə keçib. Kenni Sayef 24-cü dəqiqədə hesabı açıb. İkinci yarıya komandalar fərqli heyətlərlə çıxıb. 67-ci dəqiqədə David Zimonyi macarların bərabərlik topunu vurub - 1:1.