Kadi Borges 5 milyon avro qarşılığında "Krasnodar"a transfer oldu.
Football-plus.az xəbər verir ki, Rusiya klubu "köhlən atlar"ın daha bir futbolçusunu heyətinə qatmağı planlaşdırır. Söhbət Leandro Andradedən gedir. Bu məlumatı "Sport-Ekspress" nəşri yayıb.
Qeyd edək ki, kabo verdeli futbolçunun Ağdam təmsilçisi ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var. Andrade "Qarabağ"da bu mövsüm 15 görüşdə meydana çıxıb. O, bu oyunlarda 1 qol vurub, 7 məhsuldar ötürmə edib.
