AFFA Pelenin adını əbədiləşdirməyi düşünür? - AÇIQLAMA

3.01.2023 14:09 397
Dünya futbolu / Manşet
Dünya futbolunun əfsanəsi Pelenin vida mərasimində iştirak edən FİFA-nın prezidenti Canni İnfantino maraqlı təklif irəli sürüb.

"Football-plus.az" saytının məlumatına görə, İnfantino FİFA-ya üzv olan hər bir ölkədə Pelenin adına stadion olmasını təklif edəcəklərini deyib. Bunun nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik:

"Bu məsələnin müzakirəyə ehtiyacı var. Daha dəqiq məlumat verə bilmək üçün ilk iş gününü gözləməli olacağıq".

ABDULLA İSMAYILOĞLU