Arkadiuş Milik İtaliyaya dönməyə yaxındı.
Onun “Yuventus”da oynamaq şansı yüksəkdi. Turin klubu artıq polşalı hücumçu ilə razılığa gəlib. Arkadiuşun yeni iş yerində ilə 3,5 milyon avro qazanmaq imkanı var. “Yuventus”un onun icarəsinə görə “Marsel”ə 2 milyon avro ödəyəcəyi xəbər verilir. İtaliya klubu bir ildən sonra təcrübəli futbolçunu 8 milyon avroya transfer edə bilər.
Xatırladaq ki, Milik 2016-21-ci illərdə “Napoli”də çıxış edib.