"Yuventus" Depay transferindən imtina edir

21.08.2022 15:45 384
Dünya futbolu
Memfis Depayın "Yuventus"a keçidi uğursuz ola bilər.

Football-plus.az xəbər verir ki, 28 yaşlı hücumçunun "Barselona" ilə müqaviləsinə xitam verərək azad agent kimi Turin klubuna keçəcəyi gözlənilirdi. Lakin "qoca sinyora" rəhbərliyi niderlandlının maliyyə tələblərini ödəmək istəmir. "Yuventus" artıq alternativ variantları araşdırır. Klubun maraq dairəsinə Marko Arnautoviç ("Bolonya") və Arkadiuş Milik ("Marsel") daxildi.