Canni de Byazi köməkçilərindən əvvəl...

4.01.2023 18:43 410
Yığma / Manşet
Ölkənin əsas komandasına namizədlərin performansını yaxından izləmək, premyer-liqa təmsilçilərinin təlim-məşq toplanışı zamanı yoxlama matçlarını canlı izləmək üçün millinin məşqçilər korpusunda yer alan mütəxəssislər də qarşıdakı günlərdə Antalyaya yollanacaqlar.

“Fooball-plus.az” saytına açıqlama verən Canni de Byazinin köməkçisi Arif Əsədov qardaş ölkədə klublarımızın iştirakı ilə keçirilən bütün oyunları izləməyi planlaşdırdıqlarını söylədi:
“Millinin məşqçiləri yanvarın 11-də Türkiyəyə yollanacaq. Canni de Byazi isə bizdən iki gün əvvəl, daha dəqiq desəm, 9-da artıq Antalyada olacaq. Hansı oyunları izləyəcəyimizə baş məşqçi ilə görüşəndən sonra qərar veriləcək. Böyük ehtimalla, çalışıb təmsilçilərimizin bütün oyunlarına baxacağıq”.


RƏŞAD