Yığmanın yoxlama oyunları canlı yayınlanacaq?

17.03.2022 18:10 842
Aktual / Manşet
Millinin bu ay Maltada təlim-məşq toplanışı keçəcəyindən, hazırlıq dönəmində iki yoxlama matçında qüvvəsini sınayacağından xəbəriniz var.

Ötən saylarımızın birində bu haqda ətraflı məlumat vermişdik. Bir daha xatırladaq ki, Canni de Byazinin çalışdırdığı komanda martın 25-i, Bakı vaxtı ilə saat 22.00-da Malta ilə qarşılaşacaq. 4 gün sonra, daha dəqiq desək, martın 29-da isə yığma Latviya ilə üz-üzə gələcək. Bu görüş isə Bakı vaxtı ilə saat 16.00 start götürəcək. Onu da qeyd edək ki, hər iki oyun ada dövlətin Ta’Qali şəhərindəki “National Stadium”da keçiriləcək.

Görəsən, yoxlama görüşlərini azərbaycanlı futbolsevərlər izləyə biləcəkmi? Bu sualı daim millinin oyunlarını yayınlayan “CBC Sport”un Xəbərlər Departamentinin redaktoru Şəmsəddin Abbasova ünvanladıq. Şəmsəddin bəy isə azarkeşləri sevindirəcək məlumat verdi:

“Bu barədə danışıqlar gedir. Böyük ehtimalla, hər iki oyun göstəriləcək. Hətta onu da deyim ki, şərhçi yerini də danışmışıq. Matçı Rüstəm Əfsərli şərh etməlidi. Bir-iki məsələ qalıb ki, tam təsdiqini tapmalıdı. Belə deyək, yayın məsələsi 95 faiz həll olunub”.


RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul