Albero Cilardino yenidən “Cenoa”da işləyəcək.
O, 8 ildən sonra Genuya klubuna qayıdıb. İtaliya yığması ilə DÇ-2006-nın qalibi olan sabiq hücumçu “Cenoa”nın gənclərdən ibarət komandasının məşqçisi təyin olunub. İyulun 5-də 40 yaşı tamam olacaq Cilardino genuyalıların formasını 2012-14-cü illərdə daşıyıb. A seriyasında “göy-qırmızılar”ın şərəfini 50 oyunda qoruyub və 19 qol vurub.