“Vaşinqton”un hücumçusu Niklas Bekstrem maraqlı açıqlama verib.
Football-plus.az xəbər verir ki, çoxillik komanda Aleksandr Oveçkin snayperlər cədvəlində 2-ci pilləyə yüksəlməsi münasibəti ilə təbrik edib:
“Aleksin hər il nə iş gördüyünə baxmaq maraqlı idi. Bu “tamaşanı ən yaxşı yerdən izləməkdə” bəxtim gətirib. Oveçkinin 37 yaşı var, ancaq onun üçün heç nə dəyişmir. Hələ də canlı maşındı. Zərbəsi heç də zəifləməyib. Üç-dörd il əvvəl demişdim ki, Qretskinin rekordunu qıra biləsi yeganə adam Aleksdi. O, bu mövsüm də 50+ hədəfinə doğru gedir. Hələ də bunu bacarması möhtəşəmdi. Rekordu qırsa, qeyri-adi hadisə olacaq. Və ümid edirəm ki, mən də bu rekordun bir hissəsi olacam”.
Xatırladaq ki, Bekstrem karyerası boyunca Oveçkinin 278 qolunda assistentlik edib. İsveçli hokkeyçi bu mövsüm zədə üzündən hələ ki rəsmi oyunlarda buz üzərinə çıxa bilməyib.