“Sumqayıt” daha 2 nəfərlə vidalaşdı, biri də yolüstdədi

29.12.2022 13:14 468
Premyer-liqa / Manşet
Premyer-liqanın ilk yarısında hədəflədiyi nəticə əldə edə bilməyən “Sumqayıt”ın fasilədə heyətə əl gəzdirəcəyi gözlənilən idi.

Football-plus.az xəbər verir ki, Samir Abasov artıq “işə başlayıb”. 44 yaşlı mütəxəssis daha 2 nəfəri komandadan göndərib. Söhbət Vüqar Bəybalayev və qazaxıstanlı legioner Rifat Nurmuqametdən gedir. Əldə etdiyimiz məlumata görə, baş məşqçi yayda “Çukariçki”dən 1 illik icarəyə götürülən Almir Aqanspahiçin performansından da narazıdı. Yeni hücumçu transfer edilsə, bosniya və herseqovinalı forvardla da yollar ayrılacaq.

Xatırladaq ki, bu günə kimi “kimyaçılar” Ture Ouro-Nil və Damyan Daniçiçlə də vidalaşıb.

RƏŞAD QASIMOV