Yaxın keçmişin məşhur ingiltərəli hakimlərindən biri olan “San” nəşrinə verdiyi açıqlamada karyerası ərzində ona ən çox çətinlik yaradan 5 futbolçunun adını sadalayıb.
Football-plus.az xəbər verir ki, Klattenburqun hazırda 47 yaşı var. Onun karyerasının zirvə nöqtəsi 2016-cı il sayılır. Həmin vaxt bu ədalət təmsilçisi İngiltərə kubokunun, Çempionlar Liqasının və Avropa çempionatının finalını idarə etmişdi. 2017-ci ildə o, şok bir qərar qeəbul edərək Səudiyyə Ərəbistanına yollanmışdı. 2 il burda və 1 il Çində hakim kimi fəaliyyət göstərdikdən sonra 2020-nin yayında 17 illik karyerasını bitirmişdi. Hazırda isə o, Yunanıstanda Hakimlər Komitəsinin sədri vəzifəsini icra edir. Klattenburqu dinləyək:
“Əvvəllər “Arsenal”ın qapıçısı Yens Lemann gözümə həmişə işguzar oyunçu kimi görünürdü. Əslində isə mənə onunla həmişə çətin idi. Çünki adi bir toxunuşda hay-küy salırdı. Hücumçular onu qıcıqlandırmağa, künc zərbəsi zamanı yüngülvari itələməyə çalışırdılar. Lemann həmişə belə anlarda özündən çıxırdı. Aleks Ferqyusonun “Mançester Yunayted”də işlədiyi dönəmdə Rio Ferdinand da mənim üçün ən çətin idarə olunan oyunçulardan idi. Çünki oyunun gedişində sanki hakimlə psxioloji oyunlar oynamağa çalışaraq bir növ onun beyninə girməyə cəhd göstərirdi. Yəni hakimin bir sonrakı qərarına təsir göstərmək istəyirdi. Onun daim göz önündə olan futbolçulardan olması da çətinlik yaradırdı. Amma mən bir qədər təcrübə topladıqdan və belə desək, ağıllandıqdan sonra mənim matçlarımda artıq bunları etmirdi. “Real”ın sabiq üzvü Pepe də bir hakim üçün ən çətin oyunçulardan biri idi. Çünki daim gizli nəsə etməyə, hücumçuları özündən çıxarmağa və təxribata sürükləməyə çalışırdı. Pepe həmişə istəyirdi ki, rəqib oyunçulardan kimsə qırmızı vərəqə alsın. Bu heç də yaxşı hal deyil. Roy Kini də mütləq qeyd etməliyəm. Fiziki cəhətrdən olduqca sərt futbolçu idi. Ona heç vaxt güvənmək olmazdı. Məsələn, onun Alf-İnqe Holanna qarşı etdiyi hərəkətə diqqət yetirmək kifayətdi. Kinin növbəti saniyədə nə edəcəyini heç kim bilmirdi. Gəldik çıxdıq mənim fikrimcə, bir hakim üçün ən bərbad olan futbolçuya. Bu Kreyq Bellamidi. Uzun illər onunla bağlı bu cür düşüncədə olmuşam! Nəinki meydanda, hətta ondan kənarda da hamını qıcıqlandırırdı. Çox kobud oyunçu idi və bunu hər kəs bilirdi. Düzdü, bəzən ona qarşı yanlışlıqlarım olub. Amma elə sözlər dilə gətirirdi ki, bunu eşitmək çox ağır idi. İnsanlar deyirlər ki, mən onu qovmalıydım. Bir dəfə məhz bu cür etdim. O, cərimə meydançasında özünü yerə atanda, qırmızı vərəqə göstərdim”.