"Sabah" Amin Seydiyevlə müqavilə imzaladı

27.12.2022 11:56 249
Premyer-liqa
“Sabah” müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

Football-plus.az xəbər verir ki, bu məlumatı klubun rəsmi saytı yayıbş

Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimidi.

Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi Masazır təmsilçisinin heyətində 71 rəsmi matçda meydana çıxaraq (66 oyun premyer-liqada, 5 oyun ölkə kubokunda) 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudu.