Veqhorst “Beşiktaş”da taleyi qeyri-müəyyən olan oyunçulardan biridi.
Football-plus.az xəbər verir ki, İstanbul nəhəngi onu “Bernli”dən birilliyə icarəyə götürüb və bu müddət mövsümün sonunda başa çatacaq. İngilislər bu oyunçuya görə 10 milyon avro tələb edirlər. Veqhorst hər nə qədər “Beşiktaş”da xoşbəxt olsa da, “ağ-qaralar”ın bu məbləği ödəyəcəyi inandırıcı görünmür.
“Bernli” Veqhorstu bu pulu ödəməyə razı olan istənilən kluba satmağa hazırdı. Veqhorsta “Ayntraxt” da maraq göstərir. ÇL-in pley-offuna vəsiqə qazanan frankfurtlular bu məbləği ödəmək iqtidarındadılar.