“Neftçi”yə Salahlı ilə bağlı təklif gəlməyib

25.12.2022 12:52 418
Premyer-liqa / Manşet
Yığmamızın və "Neftçi"nin müdafiəçisi Azər Salahlının yanvarda Rusiya "Rubin"inə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bunun nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün "ağ-qaralar"ın mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi qısa və konkret açıqlama ilə kifayətləndi:
"Bizə “Rubin”dən rəsmi təklif gəlməyib. Azər komandamızın futbolçusudu".


ABDULLA İSMAYILOĞLU