"İnter"də ayrılıq baş verə bilər.
Football-plus.az xəbər verir ki, komandanın müdafiəçisi Danilo Dambrasyo karyerasını "Montsa"da davam etdirməyə yaxındı. 34 yaşlı italiyalı klubda qalmaq istəyir. Lakin onun müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədi və yeni sözləşmə ilə bağlı danışıqlar irəliləmir. Futbolçu yayda azad agent olarsa, "Montsa" ona rəsmi təklif edəcək.