"Qəbələ" ilin son matçına 2 itki ilə çıxacaq

23.12.2022 10:06 277
Premyer-liqa
“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.

Football-plus.az xəbər verir ki, bunların ikisi də cinah müdafiəçisidi.

Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununda (1:0) zədələnən Məqsəd İsayev bərpa prosesini davam etdirir. Onun sabah məşqlərə qoşulması gözlənilir.

Qeyd edək ki, "Qəbələ" bu il son turda dekabrın 24-də evdə "Turan Tovuz"la qarşılaşacaq.