“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.
Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir.
Mikrozədəsi olan Asif Məmmədov komandanın bu gün keçirilən məşqinə qatılıb. Misli premyer-liqasının 12-ci turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən Rafael Utziqin müalicəsi davam edir.